“Oturub Nikolun hakimiyyətdən getməsini gözləmək növbəti fəlakətləri gözləməklə eynidir”.
Globalinfo.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan deyib.
Onun sözlərinə görə, bütün rəy sorğuları göstərir ki, ölkədə dəyişikliklərə böyük ehtiyac var:
“Oturub Nikolun getməsini, hakimiyyətə normal insanların gəlməsini gözləmək növbəti fəlakətləri gözləməklə eynidir. Dəyişiklik o zaman baş tutacaq ki, biz insanlara Paşinyandan sonra vəziyyətin necə olacağı barədə təkliflər verəcəyik. Həll yolu Ermənistanın müharibədən sonrakı bərpası üçün yeni siyasi ideya və tədbirlər paketi təqdim edəcək qüvvələrin ortaya çıxmasıdır. Yəni bu ideyaların həyata keçirilməsinin məsuliyyətini həmin qüvvələr öz üzərlərinə götürməlidirlər. Bu insanlar yeni formatlarda danışmalı, fərqli fikirlər irəli sürməlidirlər. Bir sözlə, erməni cəmiyyəti qeyri-müəyyənlikdən azad olmalıdır. Vətəndaş onun və dövlətin başına nələrin gələcəyini anlayanda qeyri-müəyyənlikdən azad olacaq və qorxmağı dayandıracaq”.
Ovannisyan bildirib ki, Ermənistanın yeni məsul komandası ictimai şüuru dəyişməlidir:
Bizim fəlakətlərin səbəbkarı türklər deyil. Ermənini (Paşinyan – red) dayandırmaq üçün yol tapa bilmirik. İnsan resurslarına əsaslanan daxili dəyişikliklərə ehtiyac var”.
Əliyar Xəlil
Globalinfo.az