23d876b5c3cc31af1d1a9408c5c79e6c

Fələstinin xarici işlər naziri Yaxın Şərq problemi ilə bağlı sülh forumunun keçirilməsinə çağırış edib.

Globalinfo.az xəbər verir ki, nazir Riyad əl-Maliki həmçinin dünya ictimaiyyətinin Fələstini BMT-nin tamhüquqlu üzvü kimi tanımasının vacibliyini diqqətə çatdırıb.

Riyad əl-Maliki bu barədə BMT Təhlükəsizlik Şurasındakı açıq debat zamanı fikir səsləndirib:

“Beynəlxalq hüquqa və BMT qətnamələrinə tam riayət etməyin vaxtı çatıb. Bu qətnamələri pozan məsul şəxslərin məsuliyyətə cəlb olunmasının, eləcə də beynəlxalq sülh konfransı çağırmağın zamanı yetişib. Bütün dövlətlərin və təşkilatların qətiyyətli addımları ilə beynəlxalq hüququ dəstəkləmək və BMT qətnamələrini yerinə yetirmək lazımdır.  Eyni zamanda Fələstinin BMT-yə üzvlüyünü tanımağın tam vaxtıdır”, – deyə fələstinli nazir vurğulayıb.

Xatırladaq ki, 2012-ci ilin noyabrında Fələstinə BMT-nin müşahidəçisi olmayan dövlət statusu verilib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: