israil gazzede 7 ekimden bu yana her gun en az 106 cocuk oldurdu 1703525183 6486

Oktyabrın 7-dən bugünədək Qəzzada hər gün ən azı 106 fələstinli uşaq öldürülüb.

Globalinfo.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailin Qəzzaya 80 gündür təşkil etdiyi hücumlarda 8500 uşaq və 6300 qadın həlak olub. Bu barədə Fələstin hökumətinin Qəzzadakı Media Ofisindən verilən açıqlamada qeyd edilir.

Açıqlamada 70 faizi qadın və uşaq olmaqla 7 min nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü bildirilib.

Eyni zamanda İsrailin hücumlarında 103 jurnalist həlak olub.

Bəyanatda İsrail ordusunun 126 dövlət obyekti və 92 məktəb və məscidi dağıtdığı qeyd olunub.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: