Bakı-Sumqayıt yolunda intihara cəhd hadisəsi olub.
Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə saat 0:00-da adı çəkilən yolun Ekoloji nəzarət üzrə Yol-Patrul Xidmətinin yaxınlığındakı körpünün altında qeydə alınıb. 31 yaşlı Hüseynov Heydər Dövran oğlu üzərinə benzin tökərək özünü yandırıb. Yanıq xəsarətləri alan kişi ətrafda olanların müdaxiləsi ilə Nərimanov Tibb Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.