d00b5799 05c7 417e 9337 b7cc2aba2e19

Rusiya silahlı qüvvələri Ukraynanın Donetsk vilayətinin Marinka şəhərində Rusiya bayrağını qaldırıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı RT telekanalı görüntülər paylaşıb.

Bildirilir ki, hazırda Rusiya hərbçiləri ələ keçirdikləri mövqelərdə möhkəmlənir.

Qeyd edək ki, təxminən 10 gün öncə rus qoşunları sözügedən şəhəri tamamən ələ keçirmişdi.

Paylaş: