408289517 681406177428855 829609635270956952 n

Gəncə Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin dəstəyi, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə Regional nümayəndəliyinin təşkilatçılığı ilə “İmamzadə” dini ziyarətgah kompleksində “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” adlı regional konfrans keçirilib.

Globalinfo.az bildirir ki, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə nümayəndəsi Hacı Tahir Abbasov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, Yəhudi Dini İcmasının sədri Arif Babayev, A.Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi, varfolomey Denis Sotnikov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları yer alıblar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqı olduqca zəngin milli-mənəvi dəyərlərə sahibdir. Xalqımız tarixin ən çətin dövrlərində belə, bu dəyərlərə sahib çıxıb, onu qoruyub, gələcək nəsillərə ötürüb. Ümummullu Lider Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizə çox böyük hörmətlə yanaşıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərinimizin qorunması, adət-ənənələrimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Bu gün də hər birimizin vəzifəsi, Ulu Öndərin dediyi kimi, Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaqdır.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Gəncə şəhəri üzrə nümayəndəsi Hacı Tahir Abbasov, Türkiyənin Gəncədəki Baş kosulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının dövətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizə olan qayğısından geniş bəhs ediblər. Ümummilli liderin siyasi kursunun layiqli varisi, dünya miqyaslı siyasətçi cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin tarixindəki rolundan danışılıb. Ölkə rəhbərinin əldə etdiyi siyasi və hərbi qələbələr, iqtisadi nailiyyətlər fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi kontekstindəki fəaliyyətinin xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.

Sonda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hazırlanan “Ulu Öndər və Milli-mənəvi dəyərlər” mövzusunda film nümayiş olunub.

408343917 681406194095520 1523292572682397185 n 408326724 681406567428816 9208084166244735312 n 408314886 681405314095608 3728084193420906136 n 408309350 681406197428853 894069278674006123 n 408308625 681406017428871 8639432625560547428 n 408308333 681406357428837 2478922689944232251 n 408300041 681405457428927 7733068588144857532 n 408292804 681405287428944 1557525681248289894 n 408289111 681405224095617 3457733897250061358 n 408286698 681405640762242 4141997794803019988 n 408285716 681406040762202 5111666590501560140 n 408275328 681405177428955 4814187829002541760 n 408272693 681406514095488 7580462317710888308 n 408237177 681405644095575 2184976728853512970 n 408235896 681406340762172 2816861602396456279 n 408232826 681405484095591 9131580150496431196 n 408229673 681406037428869 240381546920418822 n 408227620 681406360762170 2393117711017695791 n 408226528 681405207428952 91022360740647303 n 408221341 681405467428926 4199022944758591686 n 407623496 681405620762244 8024787012916530455 n 407476676 681421400760666 1990690760530320654 n

Paylaş: