Kiyevdə rus şairi Aleksandr Puşkinin abidəsi sökülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “24” telekanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın Beresteyski küçəsində yerləşən abidə bu gün sökülüb. Görüntülərdə Puşkinin abidəsi üzərində qırmızı boya olduğu və qaldırıcı kran vasitəsilə götürüldüyü əks olunur.
Qeyd edək ki, Ukrayna Nazirlər Kabineti noyabrın 10-da Kiyev, Odessa və digər şəhərlərdə çoxlu sayda rus və sovet xadimlərinin abidələrini mədəni irs reyestrindən çıxarıb və onların sökülməsinə icazə verib.
Əliyar Xəlil
Globalinfo.az