9da56d8d 8e02 3c6a 917c 7275d41a1f04 850

BMT missiyasının zirehli maşını Malidə minaya düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası məlumat yayıb.

Məlunata görə, hadisə nəticəsində səkkiz sülhməramlı yaralanıb.

“Bizim karvandakı zirehli avtomobil Qaoya gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu, oktyabrın 31-də yola salındıqdan sonra karvana əldəqayırma partlayıcı vasitə ilə üçüncü hücumdur.

Paylaş: