Özəl klinikada antibiotik vurulan kişi öldü

Özəl klinikada antibiotik vurulan kişi öldü

Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

X X X

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

Globalinfo.az APA-ya istinadən verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı “Doktor AZ” klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.

Fakt araşdırılır.