israil ordusu 1

İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb ki, Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətdə İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcək.

İranın İsrailin Qəzza əməliyyatına müdaxilə edəcəyi yönündə məlumatların yayıldığı bir zamanda belə bir açıqlamanın gəlməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, HƏMAS-İsrail qarşıdurmasının pərdəarxasında birmənalı şəkildə İran dayanır:

“Rəsmi Tehran iki xalqı qızışdıraraq üz-üzə qoydu və indiki məqam prosesi kənardan seyr edir. Aydın məsələdir ki, İran bu və ya başqa formada İsraillə qarşdurmaya getməyəcək. Yəni İran-İsrail müharibəsinin şahidi olmayacağıq.

tural ismayilov 1

Tural İsmayılov

Tehran yaxşı başa düşür ki, İsraillə birbaşa müharibə Qərbin sərt reaksiyasına səbəb ola bilər. Onsuz da bir müddətdir, İsrail İrana müdaxilə üçün Qərbi təhrik edir. İranın İsraillə birbaşa qarşıdurmaya getməsi Təl-Əvivin istəyini gerçəkləşdirməsi üçün real əsas yarada bilər.

İran HƏMAS-ı silah-sursat və maliyyə ilə dəstəkləyərək, təhlükəni özündən uzaqlaşdırıb İsrailin başını qatmaq istəyir. Buna görə də Hizbullah və İran HƏMAS-a ciddi mənada yardımlar edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: