İran “Nur-3” adlı ölkənin üçüncü hərbi peykini kosmosa göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur sosial media hesabından paylaşım edib.
İranlı nazir bildirib ki, “Nur-3” peyki Yer səthindən 450 km yüksəklikdə olub.
“Skay Nyus” nəşri qeyd edib ki, Tehranın bu addımı kosmik texnologiyaların nüvə silahı hazırlamaq üçün istifadə olunacağından qorxan Qərb ölkələri ilə münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.
Xatırladaq ki, ilk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran 2020-ci ilin aprelində “Nur-1” adlı ilk hərbi peykini kosmosa çıxarıb. 2022-ci ilin martında İran “Nur-2”ni 500 kilometr məsafədə orbitə yerləşdirdiyini elan edib.














