Irevan ermeni 15232

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması nəticəsində iki ölkənin ticarət dövriyyəsi 10 dəfəyə qədər arta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə ki, hazırda Ermənistanın xarici ticarət göstəricilərində Türkiyə ilə ticarət dövriyyəsi bir faiz təşkil edir. Birbaşa ticarət əlaqələrinin başlanması halında bu rəqəm 10 faiz və daha çox ola bilər.

Ümumdünya Bankının qiymətləndirməsinə görə, Ermənistandan Türkiyəyə ixrac potensialı ÜDM-in 15-19 faizini təşkil edir.

Almaniyanın “German Economic Team” şirkətinin proqnozlarına əsasən, İrəvanla Ankara arasında birbaşa ticarətin başlanması Ermənistandan Türkiyəyə ixracın Ermənistanın ümumi ixrac həcminin 6,7%-nə qədər artmasına, Türkiyədən idxalın isə 12,8%-ə (Ermənistana idxalın ümumi həcminin) çatmasına səbəb olacaq.

Eyni zamanda, Asiya İnkişaf Bankı (AİB) hətta Azərbaycan və Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistanın xarici ticarət kəsrinin 30-50% azalacağını proqnozlaşdırır.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: