b838dfb2 3847 3218 9801 74f3e2145cf7 850 620x403 1

Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılmayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ardından junalistlər önünə çıxmaqdan imtina edib.

Qeyd edək ki, Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrupuna yüksəlib. “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.

Paylaş: