xanis 11

Mərhum Prezident Heydər Əliyevin dostu, məşhur lerikli çoban Xanış Şahıyevin həyat yoldaşı Səmərqənd Şahiyeva vəfat edib.

Globalinfo.az bildirir ki, xəbəri Modern.az-a mərhumun nəvəsi Şahin Sahinli verib.

Qeyd edək ki, Səmərqənd Şahiyeva həm şəhid anası, həm də şəhid nənəsi idi. Onun bir oğlu I Qarabağ müharibəsində, iki nəvəsi (Elgün və Altay Mövlanovlar) isə II Qarabağ müharibəsində şəhid olub.

Xatırladaq ki, Xanış kişinin özü 2009-cu ildə 77 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin.

1667452968 313913108 1207181906531238 7653267287128648494 n1667452949 314020964 1163148524292277 8960456956316155681 n1667452992 313988220 1112436872979747 2431219931720689084 n

1667453006 312995571 506827981326663 8816784205297991995 n

Paylaş: