Tofiq Musayevin həbs xəbərinə qohumundan REAKSİYA

“Tofiq Musayevin həbs olunmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bu sözləri Globalinfo.az-a danışan MMA döyüşçüsü Tofiq Musayevin qohumu deyib.

O, həbs xəbəri yayılan idmançıların dövlətini sevən və örnək şəxslər olduqlarını qeyd edib:

“T.Musayev istər təmsil etdiyi yarışlarda, istərsə də iştirak etdiyi 44 günlük Vətən müharibəsində öz dəstəyi və şücaəti ilə seçilmiş idmançılarımızdandır. O, bu günə qədər heç bir yanlış hərəkətə yol verməyib, adı da bu kimi hadisələrdə hallanmayıb. Şər və böhtan xarakterli məlumatlara inanmayın. Tofiqin izahatı alındıqdan sonra sərbəst buraxılıb, hazırda da azadlıqdadır”.

Qeyd edək ki, ötən gün Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbər yayılıb. Tanınmış idmançı xəbəri etsə də, DİN-dən “Qafqazinfo”ya bildirilib ki, T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.

Zaira Akifqızı
Globalinfo.az