KXDR lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmisində qanadlı raketlərin buraxılmasını yoxlayıb.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, raketlərin buraxılması KXDR-in “əsl müharibədə tapşırıqların yerinə yetirilməsinə yönəlmiş” hərbi təlimləri çərçivəsində həyata keçirilib.
Bildirilir ki, sınaqlar zamanı “gəmi bircə səhvə də yol vermədən bütün hədəfləri vurub”.




