13:42
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Globalinfo.az xəbər verir ki, E.Zahidov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Belə ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
***
DİN rəhbərliyi bu gün təqaüdə göndərilən Ehsan Zahidov ilə xatirə şəkli çəkdirib.