Erməni ekspert Karen Vrtanesyan Qarabağda yeni eskalasiya risklərindən danışıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə “Armenia Today”ə müsahibəsində qeyd edib.
“Genişmiqyaslı hərbi fəaliyyətlər ehtimalı hər zaman var. Bunlar sadəcə söz-söhbət deyil, Bakı hansısa məqamda bu üsula əl ata bilər”, – K.Vrtanesyan bildirib.
O, həmçinin bu amilin Qarabağdakı separatçılara psixoloji təsir göstərdiyini də vurğulayıb.
Erməni ekspert sülhməramlıların mümkün eskalasiyaya mane olmaq imkanlarını da qiymətləndirib:
“İstənilən halda Rusiya üçün bu hansısa kiçik münaqişədir. Rusiyanın resurslarını Ukrayna münaqişəsinə cəlb etdiyini nəzərə alsaq, Moskvanın passivliyini anlamaq mümkündür”.
Vrtanesyan bildirib ki, Qarabağda silahlı separatçıların sayı kəskin azalıb.
Tahir Turan
Globalinfo.az