Priqojini hansı cəzanın gözlədiyi bilindi – Baş Prokurorluq açıqladı

Priqojini hansı cəzanın gözlədiyi bilindi - Baş Prokurorluq açıqladı

23 iyun 2023-cü ildə Rusiya FTX-nin İstintaq İdarəsi qanuni və əsaslı şəkildə Y.Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsinə əsasən cinayət işi başladıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, Priqojinin əməlinə lazımi hüquqi qiymət veriləcək.

Bu cinayət əməlinə görə Priqojini 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

***

“Vaqner” rəhbəri Yevgeni Priqojinin açıqlamalarından sonra onun barəsində silahlı üsyana çağırış maddəsi ilə cinayət işi qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.