Türkiyədə ardıcıl zəlzələlər qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 10.41 radələrində Ərzurumun Aziziye rayonunda 4,6 maqnitudalı zəlzələ olub.
Adananın Saimbeyli rayonunda isə 4 gücündə zəlzələ qeydə alınıb.
Bundan başqa, Egey dənizində də 4,2 ballıq zəlzələ baş verib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.