Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 865 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 550 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 38 nəfərdir.

Ölkədə son sutka ərzində 1 185, hazırkı dövrədək isə 7 627 857 test aparılıb.

Azərbaycanda daha 3 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 56 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 965 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 945, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 163, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 241 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb