“Tezliklə Rusiyada dövlət çevrilişi başlaya bilər”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
O bildirib ki, hazırda Putini yalnız Rusiya Bankının əsas səhmdarı olan oliqarx Yuri Kovalçuk vəzifəsindən uzaqlaşdıra bilər:
“Putin onun Qərbin məhv edilməsi ilə bağlı oynadığı oyunda faydalı alət idi. Qərbə qarşı mübarizə ilə bağlı ssenarini özü işləyib hazırladı. İndi isə Kovalçuk başqa şeylərlə məşğul olmalıdır”.
Politoloq Kovalçukun artıq Putini dayandırmaq istədiyi vəziyyətdə olduğunu söyləyib.
İlkin Həsənov
Globalinfo.az