“İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tvitter hesabında qeyd edib.
O, “Ermənistan hökuməti və Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”-deyə, bildirib.