Ermənistan hökuməti Roma statunun ratifikasiyasının dondurulmasına hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Roma statunun təsdiqlənməsi Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını Ermənistanda aktiv edəcək. Rəsmi İrəvan bu addımı guya Laçın yolu ilə bağlı atdığını və Azərbaycanı məsuliyyətə cəlb etməyə hazırlaşdığını iddia edir, lakin Kremldə bu bəhanə qəbul edilmir. Maraqlıdır ki, İrəvan ratifikasiya prosesini məhz Rusiya Prezidenti Vladimir Putininin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarından az sonra başladıb. Bu isə Moskvanın kəskin reaksiyasına səbəb olub.
İlkin Həsənov
Globalinfo.az