Putin sülh istəyir – “Qərb gücünü itirəcək!”

“Rusiya Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanması üçün hələ də açıqdır”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yönəlmiş ultimatumlar göstərir ki, onun opponentləri Ukrayna ətrafında vəziyyətdən çıxış yolu tapmaqda maraqlı deyillər.

Putin bildirib ki, Qərb getdikcə hökmranlığını itirərək bütöv ölkələrin və xalqların taleyini təhlükə altına qoyur:

“Qərb Rusiya və Çinin qarşısını almaq üçün Avrasiyanı hərbi bloklara bölmək istəyir, lakin bu cəhdlər baş tutmayacaq. Qərbin qeyri-qanuni və birtərəfli sanksiyaları qəbuledilməzdir və ləğv edilməlidir”.