Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Moskvanın hərbi məğlubiyyətindən istifadə etməyə çalışır.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu yayıb.
Məlumata görə, Priqojin artıq Rusiyanın məğlub olacağı ilə bağlı informasiya zəmini hazırlayır:
“Priqojin Ukraynanın əks-hücumunun uğurla nəticələnəcəyinə dair fikirlər yayımladı. O, Rusiyanın maliyyə elitası, oliqarxlar və məmurlardan ibarət dərin elitasında böhran olması barədə xəbərdarlıq etdi. Priqoji bəyan etdi ki, Rusiya hərbçiləri hazırda döyüş fəaliyyətini dayandıra bilməzlər, çünki Ukrayna tranformasiya olunub və indi Rusiyanın nəzərətində olmayan bölgələr siyasi baxımdan Kremlə qarşı çıxış edirlər”.
Ukrayna mətbuatına açıqlama verən Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi və mətnlərinin yazarı Abbas Qalyamov maraqlı iddia ilə çıxış edib. O, Müdafiə Nazirliyin Priqojini aktiv tənqid etməsinin Putinə problemlər yaratdığını və prezidentin onları barışdırmağa çalışdığını bildirib:
“Ordu ilə “Vaqner” arasında konflikt Putinin özünü vurur. Putinin konstruksiyası bürokratiya üzərində dayanır. O elə qurulub ki, yuxarıdakı rəhbərlik faktiki olaraq tanrı hesab edilir. Priqojin isə addımları ilə Rusiyanın hərbi rəhbərliyini dağıdır”.
İlkin Həsənov
Globalinfo.az














