93 saat sonra möcüzə: eyni anda 9 nəfər tapıldı

Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər eyni anda eyni binanın dağıntılar altında sağ aşkarlanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, möcüzə zəlzələdən 93 saat sonra baş verib.

Tapılan şəxslərin adları da məlum olub. Onlardan 6-sı Oqtay ailəsinin üzvləridir.

Məlumata görə, xilasedicilər həmin şəxslərin hər biri ilə əlaqə yarada bilib, onların dağıntılar altından çıxarılması üçün 5 saatdır işlər davam etdirilir. Hazırda isə zəlzələdən 98 saat keçib.