
ABŞ şirkəti Ermənistanın “Hayways” aviaşirkətinə əvvəlcədən razılaşdırılmış təyyarəni təqdim etməkdən imtina edib. Buna səbəb kimi Ermənistanın Rusiya ilə əlaqələri göstərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.0
Məlumata görə, “Hayways” aviaşirkəti təyyarənin sahibini məhkəməyə verib. Şirkət 2021-ci ildə “Boeing 737-800” tipli təyyarəni lizinq yolu ilə əldə etməli idi. Təyyarə texniki xidmət üçün İordaniyaya göndərilib və hətta “Hayways”in korporativ rənglərinə boyanıb.
Lakin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra təyyarənin sahibi razılaşmanı ləğv edib. Buna səbəb kimi Ermənistanın Rusiyanın müttəfiqi olması və təyyarənin sonradan geri qaytarılmaması və ya müsadirə edilə biləcəyi ilə bağlı narahatlıq göstərilib.
“Hayways” isə təyyarənin Rusiyaya uçuşlarda istifadə edilməyəcəyini bildirib. Buna baxmayaraq, bu arqument təyyarə sahibinin qərarını dəyişməyib.
Safura Bənnayeva
Globalinfo.az