Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan və Aİ-nin ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər və münasibətlərin gələcək inkişafına toxunublar.
Görüş zamanı Armen Qriqoryan və Maqdalena Qrono həmçinin Ermənistan və Azərbaycan arasında qurulan sülh prosesini və bu sahədəki son inkişafları müzakirə ediblər.
Safura Bənnayeva
Globalinfo.az