1742363191 1742230521 tramp

ABŞ Prezidenti Donald Tramp Kuba rəhbərliyini devirməyi hədəfləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (VSJ) məlumat yayıb. 

Bildirilir ki, Vaşinqton Havanada “kommunist rejimi devirmək” üçün onunla razılığa gəlməyə hazır olan hökumət üzvlərini axtarır.

Mənbə qeyd edir ki, Tramp administrasiyasının Kuba ilə bağlı konkret planı yoxdur:

ABŞ Kuba iqtisadiyyatının çökməyə yaxın olduğunu düşünür. Əvvəllər Venesuela adaya neftlə kömək edirdi, lakin Maduronun ələ keçməsindən sonra bu təchizatı kəsmək istəyir. Kubanın neft ehtiyatları həftələr ərzində tükənə bilər və bu da iqtisadiyyatı tamamilə iflasa uğradacaq”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: