İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən azad edilərək həbs olunan Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 şübhəli barəsində ittiham irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” nəşri məlumat yayıb.
İttiham aktında Əkrəm İmamoğlunun 828 il 2 aydan 2352 ilədək həbsə məhkum edilməsi tələb olunub.
İstanbul Baş Prokurorluğu İmamoğlunun cinayət təşkilatına rəhbərlik etməsi qənaətinə gəlib.
Bildirilib ki, son 10 il ərzində dövlətə dəyən zərər 160 milyard türk lirəsi təşkil edib. İttiham aktının ümumi həcmi 3 900 səhifədən ibarətdir və 402 şübhəlini əhatə edir.

Safura Bənnayeva
Globalinfo.az