“Ukraynalı ordu rəsmilər bildirirlər ki, son aylarda Rusiya qüvvələri yeni taktika tətbiq etməyə başlayıb: ağır “Matka” tipli PUA-lar nəzarət xəttindən xeyli kənarda uçur və partlayıcılarla yüklənmiş kiçik dronları buraxıb, Ukrayna texnikalarına hücum edir. “Matka” həm də antena rolunu oynayaraq, pilotlar arasında əlaqə yaradır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, bu taktika sayəsində Rusiya qoşunları artıq artilleriya məsafəsində olsalar da, Ukrayna Silahlı Qüvvələrinin 20 mil (32 kilometr) məsafədəki hədəflərinə daha dəqiq zərbələr endirməyə başlayıblar.
Sözügedən taktika Ukrayna ordusunu çətin vəziyyətə salıb.
Safura Bənnayeva
Globalinfo.az