
Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın USAİD-in fəaliyyətini dayandırması qərarını alqışlayıb.
Globalinfo.az xəbər verir ki, Orban USAİD vasitəsilə bir müddət əvvələ qədər Macarıstanın müxalif KİV-lərinin maliyyələşdirildiyini bildirib.
“Aydındır ki, USAİD Brüsseldəki ultraproqressiv “Politico” qəzetini və Macarıstandakı bütün sol KİV-ləri maliyyələşdirib. Onlar məni “ilin dağıdıcısı” adlandırırdılar. Dünya Trampa minnətdar olmalıdır ki, bu qaranlıq sui-qəsdi açdı”.
Qeyd edək ki, bundan öncə USAİD Qazaxıstanda fəaliyyətini dayandırıb. Azərbaycan da USAİD-lə əlaqəsini dayandırdığını açıqlayıb. Gürcüstan isə USAİD-in ölkədə çevrilişi maliyyələşdirdiyini iddia edib.
Əliyar Xəlil
Globalinfo.az