Ukrayna hüquq-mühafizə orqanları Ali Radanın keçmiş deputatı İlya Kivaya sui-qəsd ittihamı ilə biznesmen Arayik Əmirxanyanı saxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Xatırladaq ki, Kivaya sui-qəsd 2023-cü il dekabrın 6-da baş verib. O, Moskvada otelin yaxınlığında ölü tapılıb.
Qeyd edək ki, Ermənistan vətəndaşı, 44 yaşlı Araik Əmirxanyan “Ukravtodor”un (Ukraynanın avtomobil yolları agentliyi) sabiq ən iri podratçısıdır.
Safura Bənnayeva
Globalinfo.az