WhatsApp Image 2025 04 08 at 10.24.37

Omanda keçirilən ABŞ-İran danışıqlarında tərəflər qırmızı xətlər  və İranın nüvə proqramının ləğvi müqabilində sanksiyaların yumşaldılması variantlarını müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı (VSJ) məlumat yayıb.

İran ölkə iqtisadiyyatını iflic edən ABŞ sanksiyalarının tez bir zamanda yumşaldılmasını və ABŞ-ın onun neftinin çinli alıcılarına təzyiqinə son qoyulmasını istəyib.

Bunun müqabilində, İranın 2015-ci ildə imzalanan nüvə razılaşmasına geri qayıtmağa hazır olduğu bildirilib.

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, əgər İran nüvə proqramını dayandırmaqdan imtina edərsə, Tehranın şərtləri Trampa təqdim olunacaq və o, növbəti addımları müəyyən edəcək”, – nəşr vurğulayıb.

Eyni zamanda, ABŞ tərəfindən müəyyən kompromislərin mümkün olacağı qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: