peskov 1
“Fransa Prezidenti Emmanuel Makron mütəmadi olaraq Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyətə hazır olduğunu bəyan edir, lakin buna nail olmaq üçün heç bir addım atmır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Fransa münaqişənin davam etdirilməsi mövqeyindən çıxış edir:

“Ümumilikdə Rusiya-ABŞ münasibətlərindəki bu qəfil dinamikanı nəzərə alaraq, gələcəkdə avropalıların mövqeyinin necə dəyişəcəyini görəcəyik. Hələ gözləmək lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: