Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin iştirakı olmadan münaqişənin həlli üçün danışıqların aparılması təhlükəsi barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Associated Press” agentliyinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə təzyiq göstərmək, eləcə də sanksiyalarla hədələmək və Ukraynaya dəstəyini davam etdirməklə onu danışıqlara razılığa məcbur edə bilər:
“Kiyev hələlik ümumi səviyyədə Tramp administrasiyası ilə əlaqə saxlayır. Bu gün ABŞ və Rusiyanın münasibətləri normal ola bilər, amma bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir”.
Safura Bənnayeva
Globalinfo.az