
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
“Ukraynalılar hazırkı təmas xətti boyunca atəşkəsin əldə olunmasını, sonra isə demilitarizasiya zonasının yaradılmasını istəyirlər”, – deyə Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev bu məqsədlə Ukrayna ordusunun 15 kilometr geri çəkilməsini nəzərdən keçirir və ABŞ-dan Rusiyanı da eyni addımı atmağa inandırmasını gözləyir.
“Nəticədə 30 kilometrlik bir zona formalaşır ki, onun üzərində müşahidə aparmaq mümkün olacaq”, – deyə ABŞ rəsmisi əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az