“Avropa İttifaqına Ermənistan lazım deyil”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib.
O hesab edir ki, Ermənistan Ukrayna ssenarisini təkrarlamaq istəyən müəyyən “Fransa və ABŞ-dan olan qərbli kuratorlar” tərəfindən təşkilata (Aİ) cəlb olunur:
“Ermənistan addım-addım Ukraynanı uçuruma aparan yolu gedir. Bundan başqa, qonşuları ilə silahlı münaqişə yaradır. Bu ölkənin coğrafi baxımdan nə Avropa, nə də Şimali Atlantika ilə əlaqəsi var”.
Deputat Ermənistanı “yerkökü ilə əlverişsiz yerə getməyə şirnikləndirilən eşşəyə” bənzədib.
Safura Bənnayeva
Globalinfo.az














