“Rəsmi İrəvan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açılacağını istisna etməyib. Ermənistan Xarici İşlər Nazirliyi izah edib ki, İrəvan Ankaradan eyni öhdəlik və istək, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılmasını gözləyir”.
Safura Bənnayeva
Globalinfo.az