“ABŞ Rusiyanı nüvə silahından istifadə etməyə məcbur edir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Mərkəzi Kəşfiyyatın keçmiş analitiki Larri Conson deyib.
Onun sözlərinə görə, ABŞ-ın kütləvi qırğın silahlarından istifadə etməsi üçün təxribata ehtiyacı var. Bu məqsədə çatmaq üçün ABŞ Kiyevi Rusiya ərazisinə çata bilən HIMARS da daxil olmaqla uzunmənzilli raketlərlə təmin edir:
“Mərkəzi Kəşfiyyat İdarəsi Ağ Evi xəbərdar edir ki, Rusiya ərazisində zərbələrə icazə verməklə bağlı təklif edilən siyasət, ehtimal ki, Rusiyanı misli görünməmiş qisas və eskalasiyaya sövq edəcək”.
Conson qeyd edib ki, ABŞ digər ölkələr kimi, birbaşa münaqişə vəziyyətində Rusiya ordusuna müqavimət göstərə bilməyəcək.
Safura Bənnayeva
Globalinfo.az