ru

Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yerləşən neft emalı zavoduna zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar vasitəsilə həyata keçirilib.

“Zərbələr həmçinin Ukraynanın ərazi komplektləşdirmə mərkəzlərinə, eləcə də Kiyevdə Ukrayna ordusuna məxsus silahların saxlanıldığı obyektlərə endirilib”, – deyə qeyd olunub.

Bundan əvvəl Rusiya tərəfi “Geran-2” tipli pilotsuz uçuş aparatları ilə Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrini yanacaqla təmin etdiyi bildirilən yanacaq-sürtkü materialları anbarına zərbə endirdiyini də açıqlamışdı.

Eyni zamanda, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev Rusiyanın Ukraynadakı hücum əməliyyatlarını daha da intensivləşdirməsinin və ölkənin qərb sərhədlərinə qədər irəliləməsinin zəruri olduğunu bildirib.

Onun sözlərinə görə, bu addım Rusiyanın enerji infrastrukturu obyektlərini Ukrayna hücumlarından qorumaq məqsədi daşıyır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: