
Bu gündən “BakuBus” MMC paytaxtdan Gəncəyə və əks istiqamətdə sərnişin daşınmasına başlayıb.
Maraqlıdır, gedişhaqqı neçə manat olacaq? Gediş birbaşadır, yoxsa müəyyən yerlərdə saxlayıb, sərnişin götürmək mümkün olacaq? Bundan başqa, çıxış saatları necə olacaq?
Mövzu ilə bağlı Globalinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, saat və qiymətdə dəyişiklik olmayacaq.
“Biletin qiyməti 10 manat 40 qəpik olaraq qalır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək”, – deyə qeyd edilib.
Zaira Akifqızı
Globalinfo.az