Türk ordusu 40 km dərinliyə kimi gedəcək – Tarixi gün

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də İraqa rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

12 ildən sonra reallaşacaq kritik səfərin əsas gündəliyi terrorla mübarizədə əməkdaşlıqdır. Səfər çərçivəsində 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.

Razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə fəaliyyətə aid olacaq.

Məlumata görə, Ərbil və Bağdadda aparılan danışıqlar zamanı İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk, Metina, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması da müzakirə olunacaq.

Globalinfo.az
Safura Bənnayeva