Zelenskinin İrəvana səfəri nə vəd edir? – Sərkisyanın cavabı

“Ukrayna Prezidenti Volodomir Zelenskinin Ermənistana səfəri müsbət nə vəd edir? Bununla Nikol Paşinyan Qərbin gözündə “xal qazanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan yazıb.

“Moskva həmin səfəri Ermənistanın Rusiyaya qarşı demarşı kimi qəbul edəcək. Rusiya Ermənistanın strateji müttəfiqi deyil, ancaq Moskvanı düşmən etməyə dəyməz, bu, İrəvan üçün çox təhlükəlidir”, – O.Sərkisyan bildirib.

Qeyd edək ki, Zelenskinin Ermənistana gələcəyi barədə xəbər yayılıb.

Safura Bənnayeva
Globalinfo.az