“2020-ci ildə yaşadıqlarımız bu səbəbdən baş verdi” – Paşinyan

“Hər şeyi ilahiləşdirmək bizim təbiətimizdədir. Biz də dövləti ilahiləşdiririk. Problem ondadır ki, biz özümüzü dövlətimizi yaxşılaşdırmaq imkanından məhrum edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz özümüzü dövlətin insanların həyatını yaxşılaşdırmaq üçün alət olması düşüncəsindən məhrum edirik. Ordumuzu ilahiləşdirdik və nəyə nail olduq? 2020-ci ildə və ondan sonra yaşadıqlarımız ordumuzun ilahiləşdirilməsi səbəbindən baş verdi. Dedilər ki, sakit ol, ordu haqqında pis heç nə danışmaq olmaz. Amma eyni zamanda hamımız ordu daxilində nə baş verdiyini bilirdik. Müqəddəslik çox vacibdir, lakin bunun gündəlik substantiv işlə heç bir əlaqəsi yoxdur”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az