Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkət: prokurorluğa müraciət olundu

“Bakı şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S.Əliyevin (ad, soyad şərtidi) həmin məktəbin 4 nəfər 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilməsi məsələsi hazırda araşdırılır”.

Bu barədə Globalinfo.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu 2-ci sinif şagirdinin seksual hərəkətlərə təhrik edilməsi haqda danışarkən deyib.

O bildirib ki, qurum hazırda bu işlə məşğul olur:

“Məsələnin araşdırılması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda rayon icra hakimiyyətinə, prokurorluğa da məktub ünvanlamışıq”.

Qeyd edək ki, sözügedən məktəbdə 2-ci sinif şagirdinin 7-ci sinfin şagirdləri tərəfindən seksual hərəkətlərə təhrik edildiyi iddia olunur.

Zaira Akifqızı
Globalinfo.az