İrəvanın “Zvartnots” hava limanında çıxan Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədində xidmətə cəlb olunublar.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Xidmət bildirib ki, Ermənistan və Rusiya arasında 1992-ci ildə bağlanmış müqaviləyə əsasən, Türkiyə və İranla dövlət sərhədinin mühafizəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri tərəfindən həyata keçirilir.
Lakin MTX nə qədər hərbçinin İrəvandan çıxdıqdan sonra sərhədə göndərildiyini açıqlamayıb.













