Zurabişvili həbs oluna bilər: Fransadan reaksiya

Zurabişvili həbs oluna bilər: Fransadan reaksiya

“Gürcüstan Prezidenti Salome Zurabişvilinin ünvanına səsləndirilən onun həbsxanaya göndəriləcəyi ilə bağlı təhdidlər qəbuledilməzdir”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə nümayəndəsi Benjamen Addad deyib.

“Zurabişvilinin hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası tərəfindən həbslə təhdid edilməsi, qəbuledilməz və hər hansı Avropa perspektivi ilə uyğunsuzdur. Etirazçılara göstərilən zorakılıq və onları qorxutmaq cəhdləri dayandırılmalıdır. Fransa Gürcüstan xalqının Avropa və demokratikyönümlü təşəbbüsünü dəstəkləyir”, – Addad bildirib.

Qeyd edək ki, dekabrın 29-da  Gürcüstanda yeni seçilmiş prezidentin andiçmə mərasimi baş tutacaq. S.Zurabişvili yeni prezidenti tanımadığını və istefaya getməyəcəyini açıqlayıb. Hökumət isə onun hakimiyyətdən getməməsi halında həbs ediləcəyini bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az