1998-ci ilin mart ayında Tofiq Zülfüqarov nazir olarkən Ulu Öndər Heydər Əliyevə təqdimatını Vəfa Quluzadə verib.
Globalinfo.az xəbər verir ki bu barədə sabiq nazir özü danışıb.
O, bildirib ki, Vəfa Quluzadə həmişə zarafat edərdi:
“Ümumiyyətlə, bizim elə münasibətimiz var idi. Onun bir xüsusiyyəti var idi ki, bir çox hallarda – səfərlərdə, danışıqlarda da həmişə zarafat edərdi. Hər şeyə nikbin baxmağa çalışırdı”.
O, Heydər Əliyevin qəbulunda olarkən Vəfa Quluzadənin etdiyi zarafatı da xatırlayıb:
“Cənab prezident bizi qəbul edəndə orada da imkan tapıb zarafat etdi. Vəfa Quluzadə dedi ki, “yaxşı oğlandır, yaxşı diplomatdır, amma bir eybi var”. Prezident də ciddi soruşmuşdu ki, “nə eybi?” O da naxçıvanlıdır demişdi”.
Ətraflı videoda:
[video width=”576″ height=”1024″ mp4=”https://cdn.globalinfo.az/2025/06/ebdf94bfbdad43d370d02a8c7dfbd00e.mp4″][/video]
Əliyar Xəlil